İngiltərə premyer liqasında 15-ci tura yekun vurulub.
London derbisində “Tottenhem” və “Vest Hem” qarşılaşıb. “Mahmızlar” 11-ci dəqiqədə hesabı açıb. Kristian Romero qonaqların qapısına yol tapıb. Birinci minaimal hesabla başa çatlb. Meydan sahibləri fasilədən sonra üstünlüyü əldən veriblər. 52-ci dəqiqədə Carrod Bouen tarazlığı bərpa edib. 74-cü dəqiqədə isə Ceyms Vord Prauz “Vest Hem”in qələbə qolunu vurub. Beləliklə “Tottenhem” öz meydanında 1:2 hesabilə uduzub. Son 5 oyunda 1 heç-heçə edib 4 dəfə uduzan Ange Postekoqlunun komandası hazırda 27 xalla 5-cidir. “Vest Hem” isə 24 xalla 9-cudur.
“Nyukasl” səfərdə gözlənilmədən “Everton”a uduzub. 1-ci hissədə hesab açılmayıb. Liberpul təmsilçisi sona yaxln vurulan 3 qolla 3 xall qazanlb. 79-cu dəqiqədə Dvayt Maknil hesabı açlb. Vaxtln bitməsinə 4 dəqiqə qalmış Abdulaye Dukure diqqət mərkəzinə düşüb. 2-ci yarlya artırılan 6-cı dəqiqədə İsə Premyer Liqada ilk qolu vuran Betu yekun nəticəni müəyyənləşdirib: “Everton” – “Nyukasl” 3:0. Şon Dayçın komandası ardıcıl 2-ci qələbə sayəsində xallarınl sayını 10-a çatdıraeaq 17-ci yerə yüksəlib. Hesablnda 26 xal olan “Nyukasl” 7-ci pilləyə geriləyib. Yarış cədvəlinə 36 xalla “Arsenal” başçılıq edir. 2 xal az toplayan “Liverpul” 2-ci, “ASton Villa” 32 xalla 3-cüdür.